snimok 1785395960643

Ermənistan Respublikası ərazisinə tomat pastası məhsullarının idxalına 6 aylıq qadağa qoyulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

Beləliklə, yerli istehsal olan tomat pastasının satış həcminin və pomidorlara tələbatın artacağı, nəticədə tədarük üçün təklif olunan pomidor məhsulunun tədarükünün tam şəkildə təmin ediləcəyi bildirilib. 

Məlumata görə, bu müddətdə Avrasiya İqtisadi İttifaqı ölkələrindən də idxal dayanacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: