Ermənistan tarixində bir ilk yaşandı – “Ordu günündə…”

“Bu gün, yanvarın 28-də Ermənistanda görünməmiş bir vəziyyətlə üzləşdik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Feysbuk hesabında yazıb.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ordu günü münasibətilə təbrik mesajı yayımlamamasına diqqət çəkib.

“Ermənistan Respublikasının tarixində ilk dəfə olaraq ölkə başçısı ordu günü münasibətilə təbrik mesajı göndərməyib”, – Arakelyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az