
“Rusiya və Ukrayna çox yaxında tam atəşkəsə nail olacaqlar, hazırda Ukrayna ərazilərinin bölünməsi məsələləri müzakirə olunur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, biz Ukraynada tezliklə tam atəşkəsə nail olacağıq, sonra isə razılıq əldə edəcəyik. İndi isə razılaşma, ərazilərin bölünməsi və s. üzrə danışıqlar gedir. Hazırda danışıqlar gedir”, – Amerika administrasiyasının rəhbəri qeyd edib.
Əliyar Xəlil