Ermənistan prezidenti: “Azərbaycanla sülh üçün…”

“Hökumətin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə atdığı addımları dəstəkləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan deyib.

Xaçatryan Paşinyana müraciət edərək, uzunmüddətli sülhün bərqərar olması üçün bütün mümkün resurslardan istifadəni davam etdirməyə çağırıb və lazımi dəstəyi verəcəyini bildirib.

Xaçatryan vurğulayıb ki, hakimiyyət “qırmızı xətt”lərin harada olduğunu yaxşı bilir. O, sərhədlərin delimitasiyası prosesinin həyata keçirilməsini və qonşularla dinc və yanaşı yaşamaq səylərinin həyata keçirilməsini yüksək qiymətləndirib. Xaçatryanın sözlərinə görə, bu addım suveren Ermənistanda yaşamaq üçün can atanlar arasında böyük rəğbət qazanacaq.

“Biz sərhədlərimizi və “qırmızı xətt”lərimizi dəqiq bilirik. Biz qonşularımızla, o cümlədən Azərbaycanla uzunmüddətli sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik”, – deyə xaçatryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az