
Ermənistanın Sünik vilayətinin Şaki kəndində baş verən insidentdə xəsarət alan 39 yaşlı Ani Avetisyan hələ də güclü ağrılardan əziyyət çəkdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Avetisyanın sözlərinə görə, bu həftə onun növbəti əməliyyatı planlaşdırılır:
“Əməliyyat zamanı diz nahiyəsinə implant yerləşdirilməsi, bud nahiyəsindəki metal konstruksiyaların isə dəyişdirilməsi nəzərdə tutulur. Bu müdaxilənin əsas məqsədi sümüyün bərpasına kömək etməkdir”.
O, əvvəlki dövrlə müqayisədə indi onu ziyarət edənlərin də azaldığını deyib. Avetisyanın sözlərinə görə, xəstəxanada müalicə xərclərini nazirlik qarşılayır, lakin qidalanma ilə bağlı bəzən problemlər yaranır.
Qeyd edək ki, Sünik vilayətinin Şəki kənd sakini Ani Avetisyan adlı qadın azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisədən sonra Ermənistanda təbliğ olunub və ona simvolik olaraq “Qəhrəman ana” medalı verilib.
Safura Bənnayeva
Globalinfo.az