Ermənistan parçalanmaq üzrədir: iki yol var – Qalstyan

“Ermənistan cəmiyyəti və erməni kimliyi hakimiyyət tərəfindən transformasiya olunur. Bu, dövlətçiliyin itirilməsinə səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni deputat Lilit Qalstyan Feysbuk hesabında yazıb.

“Radikal geosiyasi transformasiyaların kəsişməsində Ermənistan hakimiyyəti Türkiyə-Azərbaycan siyasi iradəsini və nizamını rəhbər tutur. Bu, Nikol Paşinyanın hakimiyyətdə qalmasının səbəbidir. Ölkənin parçalanmasını dayandırmağın yeganə yolu Konstitusiyanı dəyişdirməmək, milli hökumət qurmaqdır”, – o iddia edib.

Safura Bənnayeva
Globalinfo.az