
“Azərbaycan ilə qarşılıqlı yolların tam istifadəyə verilməsi, həmçinin Türkiyə ilə sərhədlərin açılması region üçün xüsusi əhəmiyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu prosesin tezliklə reallaşacağına əminəm. Kommunikasiyaların tam bərpası insanların və yüklərin sərbəst hərəkətini təmin edəcək, eyni zamanda ticarətin inkişafına ciddi təkan verəcək. Bu məqsədlə müxtəlif sahələr üzrə əməkdaşlıq razılaşmalarının imzalanması da vacibdir.
Nəqliyyat sahəsində artıq tərəflər müəyyən əməkdaşlıq həyata keçirir və bu, əlavə sazişlər olmadan da mümkündür. Yolların qarşılıqlı şəkildə açılması və Türkiyə ilə sərhədlərin bərpası son dərəcə vacibdir və bu istiqamətdə nikbin mövqe saxlayır”, – deyə qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az