674731911f345674731911f3461732718993674731911f343674731911f344

Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.

Globalinfo.az APA-ya istinadən məlumatına görə, bu barədə qərarı Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Vaaqn Xaçaturyan imzalayıb.

Sənədə əsasən, polkovnik Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə gətirilib.

Digər sərəncamlarla general-mayor Aleksandr Tsakanyan Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini, polkovnik Simon Nazaryan 3-cü, digər polkovnik Qaqik Poqosyan isə 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

Digər sərəncamla Müdafiə Nazirliyi nəzdində Milli Tədqiqat Universitetinə rəhbərlik general-mayor Albert Baqdadyana həvalə olunub.

Paylaş: