pp

Ermənistan Baş naziri Nikol Paşinyan Suren Papikyanı yenidən müdafiə naziri təyin etsə də, ordudakı vəziyyətə görə ondan ciddi narazıdır və hətta Papikyanla sərt söhbət aparıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Paşinyan bir ara Papikyanı da parlamentin sabiq sədri Alen Simonyanın taleyi ilə üz-üzə qoyaraq vəzifədən uzaqlaşdırmağı düşünüb. Lakin onu əvəz edəcək münasib namizəd tapılmadığı üçün bu addımı atmayıb. Baş nazirin narazılığı əsasən ictimaiyyətdə səslənən tənqidlərlə bağlıdır”, – deyə bildirilib.

Məqalədə qeyd olunur ki, son vaxtlar orduda sülh dövründə baş verən ölüm hallarının artması geniş müzakirə olunur:

“İddiaya görə, Paşinyan Papikyana bildirib ki, hazırda müharibə yoxdur və o, əsas diqqəti hərbçilərin mənəvi-psixoloji vəziyyətinə yönəltməlidir. Döyüş tapşırıqları ön planda olmasa da, daxili nizam-intizam məsələlərinin nəzarətsiz qaldığı, hərbi postlardakı vəziyyətin də qənaətbəxş olmadığı vurğulanır”.

Nəşr həmçinin iddia edir ki, Ermənistan Müdafiə Nazirliyi ordudakı ölüm halları ilə bağlı real statistikanı tam açıqlamır, bəzi məlumatları gizlədir və ya təhrif edir:

“Baş verən bədbəxt hadisələrin əksəriyyəti ictimaiyyətə açıqlanmır, yalnız medianın üzə çıxardığı faktlar barədə məlumat verilir. Həmin halların bir qismi isə guya hərbi xidmətlə əlaqəsi olmayan ölüm kimi təqdim edilir. Bu iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: