Ermənistan Baş Prokurorluğu bir müddət əvvəl Zəngəzurda itkin düşərək əsir götürülən Hüseyn Axundovda bədən zədələnmələri olması barədə məlumatlarla əlaqədar cinayət işi açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətindən azərbaycanlı hərbçinin təcridxanaya gətirilməsi zamanı keçirilən baxışda onun bədənində zədələrin qeydə alındığına dair ərizə daxil olub. Əldə edilən ərizənin İstintaq Komitəsinə göndərildiyi və aprelin 18-də Ermənistan Cinayət Məcəlləsinin 195.2 maddəsi ilə cinayət işi başladıldığı vurğulanıb.
Qeyd edək ki, İrəvan azərbaycanlı əsgər Hüseyn Axundova qətl ittihamı ilə haqsız cinayət işi açıb.
İlkin Həsənov
Globalinfo.az