Ermənistanın müstəqillik günü dəyişdi – Papoyan təəccübləndirdi

Ermənistan parlamentinin deputatı Gevorq Papoyan bir neçə gün öncə ölkənin, əslində, 1991-ci il 21 sentyabrda deyil, Qarabağda son antiterror əməliyyatlarının keçirildiyi 2023-cü il 19 sentyabrda müstəqil olduğunu deyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” qəzeti məlumat yayıb.

Nəşr G.Papoyanın parlamentdə komitə sədri və baş nazir Nikol Paşinyanın yaxın adamı olduğunu vurğulayıb. Nəticə olaraq deputatın sözlərinin birbaşa Nikol Paşinyanın fikirləri olduğu qeyd edilib.

Qəzet yazır ki, hakimiyyət nümayəndəsinin bu açıqlaması birbaşa hakim komandanın son 5 ildəki fəaliyyətini sual altına alır.

“O zaman Azərbaycan ordusu və rəsmi Bakı Ermənistanın müstəqilliyində ölkə hakimiyyətindən daha çox rola malikdir”, – nəşr qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az