e78da4cbbd612d4cc9045062f577b638

Vladimir Putin Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müharibə aktı kimi qiymətləndirəcək və ciddi cavab tədbirləri görəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Belçikanın xarici ticarət naziri Teo Franken sosial şəbəkə hesabında paylaşım edib.

Putin bu milyardlardan heç vaxt əl çəkməyəcək. O, buna müharibə aktı kimi baxacaq və Belçikaya ciddi zərbə vuracaq. Bu, ağrılı olacaq. Çox ağrılı olacaq”, – nazir qeyd edib.

Frankenin sözlərinə görə, Kreml cavab olaraq Rusiyada saxlanılan Qərb ölkələrinə məxsus 200 milyard rublu müsadirə edə bilər.

“Bu, təkcə Belçika vəsaiti deyil – ABŞ, Almaniya və Fransa kimi böyük ölkələrin pulları da risk altındadır,” – o əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı və G7 ölkələri Rusiyanın dondurulmuş maliyyə aktivlərindən Ukraynanın bərpası üçün istifadə imkanlarını nəzərdən keçirirlər. Kreml isə belə addımı “qanunsuz və düşməncəsinə” qiymətləndirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: