Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərin adlarını AÇIQLADI

Ermənistan Müdafiə Nazirliyi Meğri rayonunda baş verən qəzada həlak olan erməni hərbçilərin adlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində 4 əsgər həlak olub, daha 20 nəfər yaralanıb.

Həlak olan erməni hərbçilərin adları:

Areq Armenoviç Kerobyan
Slavik Vardanoviç Vardanyan
David Ambartsumoviç Akopyan
İosif Melkonoviç Azolyan

Qeyd edək ki, Ermənistanın hüquq mühafizə orqanları hadisənin baş vermə şəraitini tam aydınlaşdırmaq üçün araşdırma aparır.

Əliyar Xəlil
Globalinfo.az