Ermənistan MN: “İtkilərimiz var” – TƏCİLİ

“Sərhəddə gərginlik nəticəsində Ermənistanın 2 hərbçisi ölüb, yaralananlar var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik şərh verməyib.

Qeyd edək ki, Ermənistan ordusu Azərbaycana qarşı təxribat həyata keçirib. Fevralın 12-dən başlayaraq Azərbaycan ordusunun bölmələri atəşə tutulur.

Fevralın 12-də Zəngilan istiqamətində bir əsgərimizin yaralandığı barədə məlumat verilib.

Amma Ermənistanın təxribatı bununla bitməyib, gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.