Ermənistan MN-in saytında Qarabağ dəyişikliyi…

“Biz Ermənistan müxalifətçiləri olaraq özümüzün və ölkənin təhlükəsizliyini riskə atmamaq, sirlərin üstünü açmamaq üçün ordu barədə danışmırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

O, 2024-cü ildə ordunun yeni texnika ilə təmin edilməsi planının iflasa uğradığını bildirib.

“Müdafiə naziri Suren Papikyana bəzi vacib məsələlər və hökumət nümayəndələri ilə bağlı məktub ünvanladım. Məktubda silahlı qüvvələrimizin əsası hesab edilən “artsax qurtuluş savaşı” ilə bağlı bölmənin niyə Müdafiə Nazirliyinin saytından silindiyinə aydınlıq gətirilməsini qeyd etdim, lakin nəticəsi olmadı”, – Q.Manukyan deyib.

Ayşən Mustafa
Globalinfo.az