İtkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasına girişləri bağlayıb, Müdafiə Nazirliyinin əməkdaşlarını binadan buraxmayıblar.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, binanın girişini bağlayanlar arasında müharibə zamanı övladını, ərini itirmiş şəxslər, 44 günlük müharibədə iştirak etmiş, rütbə almış zabitlər də olub.
Uzun cəhdlərdən sonra MN-in əməkdaşları əsgərlərin müşayiəti ilə binanı tərk edə biliblər. Onlar binadan çıxarkən valideynlərinin qarğış və söyüşləri ilə üzləşiblər.