Ermənistan KTMT-dən çıxışa başladı: tarix bilindi

Ermənistanın ABŞ və Britaniyadan olan mütəxəssislərin nəzarəti altında KTMT-dən çıxışı başlayır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Obraz Buduşeqo” teleqram kanalı yayıb.

Məlumata görə, İrəvana sentyabrın 30-da ABŞ-dən 30 FTX əməkdaşı gəlib. Onların 20-dən çoxunun Ermənistana biznesmen, İT mütəxəssisi kimi daxil olduğu vurğulanıb:

“Onların əsas məqsədi rusiyayönlü qrupların təmizlənməsinə hazırlıqdır. Eləcə də onlar Ermənistanın ödəniş sistemini və kartlarla bank əməliyyatlarını xüsusi nəzarət altına almağa çalışırlar. Ermənistanın KTMT-dən çıxışı həll olunub. Ona görə də Paşinyan hakimiyyəti əldə saxlamaq və müxalif kütlələrin pulları üzərində nəzarəti təmin etmək üçün zəmin hazırlayır”.

Teleqram kanalı həmçinin İrəvanın Rusiya ilə müttəfiqlikdən 2023-cü ilin yazından etibarən çıxmağa başlayacağını bildirib.

İlkin
Globalinfo.az