Sentyabrın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirəcək.
Globalinfo.az bildirir ki, bu barədə sözügedən qurumun mətbuat xidmətindən bildirilib.
Məhkəmə kollegiyası rəy verdikdən sonra sənəd Ermənistan hökumətinin müzakirəsinə təqdim olunacaq.