ermeni esger 1231

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər ehtiyatda olan rütbəlilərin hərbi bacarıqlarının təkmilləşdirilməsi, təlim-tərbiyə və hazırlıq səviyyəsinin artırılması, zərurət yarandıqda döyüş növbətçiliyinə cəlb edilməsi məqsədilə keçirilir.

Təlimlərə hər bir hərbçi 25 təqvim günündən çox olmayan müddətə cəlb edilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: