Ermənistan hakimiyyətinin istədiyi yeni AES tikməyə hazırıq – Komarov

“Rosatom” Ermənistanda istənilən yeni AES layihəsini həyata keçirməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu “Rosatom”un Baş direktorunun birinci müavini Kirill Komarov deyib.

O bildirib ki, “Rosatom” Ermənistana müxtəlif gücə malik nüvə reaktorları təklif edə bilər.

“Ermənistanda növbəti AES blokunun tikintisi ilə bağlı məsələ hökumətin qərarından asılıdır. AES blokunun nə qədər gücə malik olacağı ilə bağlı müxtəlif proqnozlar var. Mən tərəfdaşlarımızla əlaqə saxlayıram. Amma bu, Ermənistan rəhbərliyinin həll etməli olduğu problemdir”, – Komarov bildirib.

O qeyd edib ki, az enerjili atom elektrik stansiyalarının tikintisi yüksək güclü AES-lərlə müqayisədə daha baha olur və bu bu fikiri səhv başa düşmək doğru deyil.

“Paşinyan hökuməti ilə Ermənistanın enerji sisteminin tələbatını maksimal şəkildə ödəyəcək, digər tərəfdən isə ən ucuz və dayanıqlı elektrik enerjisini təmin edəcək həll yolu tapmağa çalışırıq”, – deyə Komarov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az