Bakının tələbi İrəvanı hərəkətə keçirdi – Ərazi iddiası…

“Prezident İlham Əliyev sülh üçün Ermənistanın konstitusiya və müstəqillik bəyannaməsinin dəyişdirilməsi şərtini irəli sürüb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Ermənistan konstitusiyası müstəqillik bəyannaməsinin müddəalarının yerinə yetirilməsini vəzifə olaraq müəyyənləşdirir:

“Müstəqillik bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə Türkiyəyə qarşı iddia irəli sürülür;

Bu iddialar konstitusiyadan götürülmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək”.

A.Nərimanlının sözlərinə görə, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir:

”Ermənistanın ərazi iddiaları hüquqi sənədlərindən də təmizlənməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürür. Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi müzakirələrinin başlanması isə Bakının tələbini nəzərə aldıqlarını göstərir”.

Zaira Akifqızı
Globalinfo.az