Mirzoyan ATƏT-in Baş katibi ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Baş katibi Helqa – Mariya Şmid  ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Ermənistan ilə ATƏT arasında əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərini müzakirə edilib.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində aparılan son müzakirələr barədə ATƏT rəsmisinə məlumat verib.

Ermıənistan XİN başçısı sərhədlərin demarkasiyası prosesinin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında təmin edilməsi və regional kommunikasiyaların açılması ilə bağlı məsələləri gündəliyə çıxarıb.

Safura Bənnayeva
Globalinfo.az