Ermənilərin yaşadığı şəhərdə böhran: Əhaliyə müraciət edildi

Xankəndidə nağd pul çatışmazlığı yaşanır.

Globalinfo.az xəbər verir ki, qondarma rejimin nümayəndələri bununla bağlı əhaliyə müraciət ediblər.

Erməni əhaliyə çağırış edərək bildirilib ki, bank hesablarında qalan vəsaitləri təcili şəkildə nağdlaşdırmağa çalışsınlar. Xüsusilə pensiya və təqaüdlər, maaşların ödənilməsində nağd pul çatışmazlığının yaşandığı deyilir.

Elektron pul köçürmələrində də daha sonra nağdlaşdırma problem səbəbi ilə mümkün olmadığı bildirilir.

Separatçılar bu problemi aradan qaldırmaq üçün insanlardan kömək istəyirlər, əhaliyə “dövlətə kömək edin” -deyə, müraciətlə çıxış ediblər. Bu problem səbəbilə alış-verişin pulla deyil, başqa bir məhsulla dəyişdirilmə qarşılığında edildiyi deyilir.

Globalinfo.az