Ermənilər yenidən aktivləşdi – Hərbi toqquşma gözlənilir?

“Dqr”in ləğvindən sonra Ermənistana qaçan qondarma rejim nümayəndələri, eləcə də erməni kilsə xadimləri əhali arasında Azərbaycana qarşı revanşist ideyalar yayırlar. Onlar qondarma rejimin unutdurulmasının yolverilməz olduğunu deyərək, bu məsələni gələcək nəsillərə çatdırmağın zəruriliyindən, Azərbaycandan qisas almaqdan bəhs edirlər.

Maraqlıdır, separatçıların, erməni kilsəsinin yenidən fəallaşması eskalasiya riskini artıra bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, təsir mexanizmləri baxımdan proses Azərbaycanın nəzarətində deyil:

“Prosesin neqativ və pozitivləri göstərir ki, bu, Azərbaycan üçün hesablanmayıb: separatçı tör-töküntülərin Ermənistan iqtidarına qarşı təşkilatlanma projesidir. Rəsmi İrəvanın məsələdə maraqlı olma ehtimalı azdır. Bu isə “itirilmiş torpaqlar” məfhumu üzərindən erməni xalqını yeni ideoloji cəbhədə səfərbər etməkdir.

Əziz Əlibəyli

Digər tərəfdən, bunu Qərbdəki lobbi sifarişi kimi də dəyərləndirmək olar. Eyni zamanda, seçki kampaniyası müddətində təzyiq aləti kimi də istifadə edilə bilər. Yəni fərqli versiyalar irəli sürmək mümkündür, lakin hansısa eskalasiyanın olacağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az