“Avroviziya” mahnı müsabiqəsində gələn il hansı ölkələrin yarışacağı bəlli olub.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Azərbaycan da 2027-ci ildə səhnəyə çıxacaq ölkələr arasındadır.
O, Avropa Yayım Birliyi 2027-ci il müsabiqəsində iştirak edəcək 36 ölkənin siyahısında yer alıb.
Yarışmanın 71-ci buraxılışı gələn il mayın 11-dən 15-dək Bolqarıstanın Burqas şəhərindəki “Arena Burgas”da baş tutacaq. Müsabiqənin təşkilinə Bolqarıstan Milli Televiziyası (BNT) cavabdeh olacaq.
2027-ci ildə iştirakçı ölkələrin sayı builki yarışma ilə müqayisədə bir ölkə artıb. Müsabiqədə təmsil olunacaq yayımçılar ümumən təxminən 600 milyon insanı əhatə edir.