enver hacimemmedov

Qubanın Xınalıq kənd orta məktəbinin direktoru olmuş Ənvər Hacıməmmədov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Ə.Hacıməmmədovun uzun sürən xəstəlikdən öldüyü bildirilib.

Qeyd edək ki, Xınalıq kənd internat tam orta məktəbində uzun müddət müəllim çatışmazlığı olub və təhsil müəssisəsində 3-4 müəllim çalışıb. Ənvər Hacıməmmədov 2017-ci ilədək bu məktəbə rəhbərlik etməklə yanaşı, müəllimlik də edib və həmin il yaş həddi ilə əlaqədar pensiyaya çıxıb.

Paylaş: