“Rusiya-Ukrayna münaqişəsi bu tarixdə yekunlaşacaq” – Zelenski açıqladı

“Kiyevin 2025-ci ildən gec olmayaraq münaqişəyə son qoymaq şansı var”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

O bildirib ki, yaxın iki ayda vəziyyəti sülhə doğru aparmaq üçün real şans yaranacaq.

“Ukrayna Rusiya ilə münaqişənin 2025-ci ildən gec olmayaraq bitəcəyini gözləyir. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək üçün qətiyyətli addımların atılması mümkündür”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az