xankendi ermeniler

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan bundan sonra sakinlərin Xankəndidən Ermənistana yalnız fövqəladə hallarda gedib-gələ biləcəklərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ermənilərin “Aysor” nəşri məlumat yayıb.

Q.Nersisyan Ermənistanda yaşayan qohumun dəfn mərasimi, ağır xəstəliyə görə təcili əməliyyat edilməsinin vacibliyi, ayrı yaşayan ailələr arasında əlaqə kimi məsələrdə Xankəndinin erməni əhalisinin Ermənistana getməsinə icazə verilə biləcəyini söyləyib.

O qeyd edib ki, həmin şəxslər sülhməramlı kontingentin icazəsi və müşayiəti ilə Ermənistana gedə bilərlər.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: