Ermənilər Putini hədələdilər: Vaxt çatıb, seçim etməlidir…

“Putin üçün seçim vaxtı çatıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan prezidenti yanında antiböhran şurasının sədri Tiqran Petrosyan deyib.

“Rusiya vasitəçi deyil, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tərəflərindən biridir. Rusiya ya Laçın yolunda təhlükəsiz hərəkətin təşkili ilə bağlı öhdəliyini yerinə yetirməli, ya da bu öhdəlikləri yerinə yetirmək iqtidarında olmadığını söyləyərək beynəlxalq ictimaiyyətə müraciət etməlidir.

Əks halda Rusiya bütün Cənubi Qafqazı itirəcək. Putin seçim etməlidir, qərar qəbul etmək vaxtı çatıb”, – deyə o bildirib.

Zaira Akifqızı
Globalinfo.az