Hər kəs bundan danışır: Əliyev və Paşinyan ilk dəfə… – FOTO

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonrakı ziyafətdə qısa görüş keçirən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın fotoları region ölkələrinin mediasının və sosial şəbəkə istifadəçilərinin xüsusi diqqət mərkəzindədir.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, Əliyev və Paşinyanın sərbəst münasibət qurmaları, üstəlik Paşinyanın hansısa məqamla bağlı sözlərinə Əliyevin gülməsi, liderlərin xoş atmosferdə, təbəssümlə söhbət etmələri müzakirə edilir.

Liderlərin bu ünsiyyətinin sülh danışıqlarının növbəti mərhələsində artıq vasitəçilərə ehtiyac olmadan müzakirələr aparması üçün xüsusi önəm daşıması gündəmə gətirilib.

Həmçinin vurğulanır ki, Əliyev və Paşinyan bir-biriləri ilə ilk dəfə bu qədər pozitiv şəkildə söhbət ediblər.