Erməni türkoloq Qarabağdan danışdı, fəryad etdi

Erməni türkoloq, tarix elmləri namizədi Varucan Qeqamyan Qarabağda baş verən proseslərdən danışıb.

Globalinfo.az xəbər verir ki, V.Qeqamyan ermənilərin “aclıq oyunları”na dəstək verib.

O bildirib ki, hazırda erməni dövləti mövcud deyil.

Türkoloq hazırkı hadisələrin bir gün İrəvana çatacağını iddia edib.

“Hələ xilas olmaq şansı var. Bunun üçün hər kəsin – milli xadimlərdən blogerlərə qədər hər kəsin məsuliyyəti üzərinə götürməsi gərəkdir”, – o qeyd edib.

Zaira Akifıqızı
Globalinfo.az