Zəngəzurda erməni əsgər öldü – FOTO

Aprelin 14-ü gecə saatlarında Ermənistanın Sünik vilayətinin (Zəngəzur – red.) Qafan bölgəsində ağır qəza baş verib. 

Globalinfo.az xəbər verir ki, Sünik sakini Yura A.-nın idarə etdiyi “Nissan” markalı avtomobil hərəkət zolağından çıxaraq körpünün dəmir beton hissəsini çırpılıb, daha sonra çaya aşıb.

Ermənistan hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sürücünün meyiti avtomobildən 500 metr aralıda çaydan çıxarılıb.

Ölən şəxsin Ermənistan ordusunun N saylı hərbi hissəsində xidmət etdiyi, müqaviləli əsgər olduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az