Erməni ekspert həyəcan təbili çaldı: “Bu məqamdan çox narahatam”

“Ermənistanda əhalinin sayı getdikcə azalır, bu isə məni çox narahat edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni iqtisadçı ekspert Tadevos Avetosyan deyib.

“Ölkədə adam başına düşən ümumi daxili məhsul və gəlir artır. Lakin bu normala deyil. Bizdə əhalinin sayında sürətli azalma var. Ona görə belə olur. Rusiyaya ixrac məsələsi də qeyri-müəyyən vəziyyətdədir. Bütün bunlar dramla bağlı proqnoz verməyi çətinləşdirir”, – Avetisyan bildirib.

Qeyd edək ki, Qarabağdan Ermənistana köçən minlərlə şəxsin ölkəni birdəfəlik tərk etdiyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az