Erməni deputat Xankəndinin Bakıya necə birləşəcəyini açıqladı

“Azərbaycan Qarabağ qarşısında inteqrasiya tələbi irəli sürüb və ya sadə dillə desək, azərbaycanlaşmaya müqavimət üçün heç bir ciddi addım atılmır. Ermənistan hakimiyyəti vəziyyəti elə həddə çatdırıb ki, azərbaycanlaşma və müharibə etmək arasında seçim etmək məcburiyyətində qalmışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Respublikaçılar Partiyasından deputatı Tiqran Abramyan deyib.

“Ermənistan hakimiyyəti Qarabağda azərbaycanlaşmanın tərəfdarıdır. Bu məqsədə çatmaq üçün hətta Qarabağa da təzyiq edilir. Bizim regionun nüfuzlu gücləri isə bunun qarşısını almaq üçün ciddi səy göstərmirlər. Bu günlərdə Qarabağ və Ermənistandakı vəzifəli siyasətçiləri diqqətlə izləyin. Azərbaycanlaşma yolunda Qarabağda xarici qüvvələr Xankəndinin özündə müttəfiq tapmağa çalışacaqlar ki, qalanın qapısını içəridən açıb, onun sürətli şəkildə verilməsini təmin etsinlər. Sonuncu dayaq Qarabağdadır, çünki azərbaycanlaşmanın tərəfdarları Qarabağda daxili bölünmələrə cəhd edəcəklər”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az