Ermənistanın vitse-spikeri Türkiyəyə başsağlığı verdi

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanı təmsil edən Ruben Rubinyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib.

Globalinfo.az Musavat.com-a istinadla xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Rubinyan özünün tvitter səhifəsində bunları yazıb:

“Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil edən və türk dilini yaxşı bilən xüsusi nümayəndə tvitter səhifəsindəki başsağlığı mesajını Türkiyənin xüsusi nümayəndəsi səfir Serdar Kılıça və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətən yazıb.

Globalinfo.az