Ermənistan Azərbaycanla əlaqələrin qurulmasına razılaşdı

Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter“ hesabında bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.

“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, – Ermənistan Baş naziri əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.