Erməni əsgər komandirini güllələdi

Ermənistanın Zəngəzur bölgəsindəki hərbi hissələrindən birində fövqəladə hadisə baş verib.

Globalinfo.az bildirir ki, Modern.az-ın “Hraparak”a istinadən verdiyi xəbərə görə, sıravi əsgərlərdən biri komandiri ilə münaqişə edib, sonra avtomat silahdan açdığı atəşlə onu ayağından vurub. Ardınca əsgər özünə də xəsarət yetirib.

Əsgərin xəstəxanaya aparıldığı, həyati təhlükəsinin olmadığı bildirilir.