Ərdoğanla Zelenski arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət müzakirə edilib. Görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ukraynada baş verən faciəvi helikopter qəzası ilə bağlı ukraynalı həmkarına başsağlığı verib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına güclü diplomatik töhfə verməyə, vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduğunu bir daha vurğulayıb.