bayraktar selcuk23

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məni öz yerinə hazırlaması haqda deyilənlər şayiədir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Bayraktar Makina” şirkətinin direktoru, türk mühəndis Səlcuq Bayraktar qatıldığı bir proqramda ünvanlanan “Cənab Ərdoğan sizi prezidentliyə hazırlayırmı?” sualına cavabında deyib.

“Mənim siyasətə başlamaq planım yoxdur, lakin bu yolda sona qədər mübarizə aparacağam. Beynəlxalq siyasətdən anlayışım var. Bu sahə ilə bağlı mənbələri hər zaman diqqətlə araşdırmışam. Lakin siyasətə qatılmaq planım yoxdur”, – o bildirib.

Aqşin
Globalinfo.az

Paylaş: