6836d796ee72a6836d796ee72b17484245986836d796ee7276836d796ee729

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Laçın beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

IMG 6680 Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, Azərbaycan və Türkiyə Prezidentləri iştirak edib - YENİLƏNİB-1 - VİDEO Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, Azərbaycan və Türkiyə Prezidentləri iştirak edib - YENİLƏNİB-1 - VİDEO Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, Azərbaycan və Türkiyə Prezidentləri iştirak edib - YENİLƏNİB-1 - VİDEO Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, Azərbaycan və Türkiyə Prezidentləri iştirak edib - YENİLƏNİB-1 - VİDEO

***09:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılacaq:

“Mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şərif iştirak edəcək”.

Ərdoğanı səfər zamanı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Türkiyə Prezident Aparatının Kommunikasiya şöbəsinin başçısı Fahrettin Altun, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Ədalət və İnkişaf Partiyasının sədr müavinləri Kürşat Zorlu, Ali İhsan Yavuz, Zafer Sırakaya, Hüseyn Yayman, Halit Yerebakan və Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini İsmail Özdemir müşayiət edirlər.

Paylaş: