Erdogan

Türkiyə RusiyaUkrayna müharibəsinin diplomatik yolla həlli üçün səylərini davam etdirir.

Globalinfo.az xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan Ankarada NATO Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdə bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında müharibənin sülh yolu ilə başa çatması üçün fəal təşəbbüslər göstərir.

Türkiyə prezidentinin sözlərinə görə, əsas məqsəd tərəflər arasında danışıqların yenidən başlanması və prosesin liderlər səviyyəsində dialoqa keçid etməsidir.

Görüşdən sonra yayılan rəsmi açıqlamada vurğulanıb ki, Ankara bu istiqamətdə vasitəçilik rolunu davam etdirmək niyyətindədir və regionda sabitliyin bərpasına töhfə verməyə hazırdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: