Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı mesaj

“Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin iqtisadi və sosial aktivliyini artıracaq”.

Globalinfo.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində canlı bağlantı ilə çıxış edərkən deyib.

“Bunun üçün ölkəmiz güvən və sabitliyə sahib çıxmalıdır.  Bizi terror bəlasını məhkum edənlərin məqsədi əlimizdəki imkanlardan istifadə etməyimizi əngəlləmək idi”, – Ərdoğoan qeyd edib.

Ərdoğan həmçinin vurğlayıb ki, Türkiyə 2023-ci il hədəflərinə doğru irəliləyir.

Aqşin
Globalinfo.az