Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə xəbərdarlıq edərək, səhv addımlar atmamağa çağırıb.
Globalinfo.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, Ərdoğan Ankaranın Afinanı “Tayfun” ballistik raketi ilə vurmaq məqsədi olmadığını bildirib.
“Bu gün onlar Türkiyənin “Tayfun” raketlərinin Afinaya tuşlanması ehtimalını müzakirə edirlər. Bizim belə bir hədəfimiz yoxdur. Bu məsələdə əsas odur ki, yunanlar ağıllı hərəkət etsinlər. Yunanıstan həqiqətən Türkiyənin beynəlxalq müqavilələrə əsasən demilitarizasiya zonaları olan adalarda silah yerləşdirilməsinə məhəl qoymayacağına inanırmı? Bilin! Əgər ölkəmizə qarşı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Qarşısıalınmaz türklər hərəkətə keçəcək”, – Ərdoğan bildirib.