“Qlobal səhnədə artan qeyri-müəyyənlik şəraitində Türkiyə regionunda sülh və sabitliyin qalasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dünyada qeyri-müəyyənliyin artdığı, coğrafiyamızın qızğın qarşıdurmaların və siyasi sui-qəsdlərin şahidi olduğu bu kritik dövrdə Türkiyə öz bölgəsində sabitlik və sülh qalası kimi önə çıxır. Türkiyə son vaxtlar canlanan ekspansionist ambisiyalar qarşısında öz milli maraqlarını müdafiə etməkdə qərarlıdır. Biz regionu qan dənizinə çevirmək istəyənlərə öz planlarını həyata keçirməyə imkan verməyəcəyik. Eyni zamanda dostlarımız, eləcə də ölkə vətəndaşları üçün etimad mənbəyi olmağa davam edirik”, – deyə Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az