Ərdoğan xalqa verdiyi o vədləri reallaşdıra biləcək? – Türkiyəli ekspert açıqladı

 

Türkiyədə keçiriləcək seçkilərə bir gün vaxt qalıb. Seçki öncəsi namizədlərin ən diqqətçəkən cəhətləri verdikləri vədlərdir. Misal üçün, Rəcəb Tayyib Ərdoğan seçki öncəsi xalqa xeyli vədlər verib. O, minimum əmək haqqının 22 min TL (1919 manat) olacağını bəyan edib.

Maraqlıdır, Ərdoğan qalib gələcəyi təqdirdə verdiyi vədləri yerinə yetirə biləcək? Türkiyənin iqtisadi potensialı buna imkan verirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnanc deyib ki, Rəcəb Tayyib Ərdoğan yerinə yetirə bilməyəcəyi vəd, üzərində dura bilməyəcəyi söz verməz:

Hüsamettin İnanc

“Türkiyə cəmiyyətinin böyük bir qisminin düşüncəsi də belədir. Prezidentimiz pensiyaları 15 min TL, sosial işçilərin maaşını isə 20 min TL olacağının sözünü verib. Bundan başqa hazırda müəllimlərin təyinat məsələsi də öz həllini tapacaq.

Ərdoğanın spesifik cəhəti odur ki, verdiyi vədləri həm də sallandırır. Misal üçün, ailə həyatı quracaq gənclərə 150 min TL iki il ödəniş etmədən 5 illik kredit veriləcəyini açıqladı. Bunun Qara dənizdən çıxarılan təbii qazdan əldə edilən gəlir hesabına həyata keçiriləcəyini bildirib.

Göründüyü kimi qarşımızda boş, əsassız vəd verən bir şəxs yoxdur. Verilən bütün vədlərin əsası var və mütləq icra ediləcək. Necə ki, bu günə qədər verilən vədlər icra edildi. Qaldı Türkiyənin mövcud iqtisadi durumuna, hesab edirəm, seçki sonrası bu istiqamətdə müsbət xəbərlər eşidəcəyik. İqtisadiyyatın əvvəlki səviyyəyə qayıtması üçün müvafiq işlər görüləcək”.

Turan Rzayev
Globalinfo.az