Ərdoğan: “Terrorçular bizi qərarımızdan çəkindirə bilməyəcək”

 

Türkiyə cənub sərhədləri boyunca 30 km-lik təhlükəsizlik zolağını mütləq tamamlayacaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfaya səfəri zamanı bildirib.

O qeyd edib ki, terrorçuların hücumları ölkəsini bu qətiyyətli qərarından çəkindirə bilməyəcək.