Ərdoğan: “Siyasi sabitliyin bərqərar olması…”

Siyasi sabitliyin bərqərar olması iqtisadi artım üçün zəruridir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada Ticarət və Sənaye Palatasının mükafatlandırılma mərasimində deyib.

“Siz Türkiyə iqtisadiyyatının güclü siyasi iradə ilə nələrə nail ola biləcəyini gördünüz. Nə iqtisadiyyat, nə də demokratiya qeyri-müəyyənlik şəraitində inkişaf edir”, – Ərdoğan qeyd edib.