Ərdoğan Rəisi ilə danışdı, İran prezidentinin Ankaraya səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, u barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Ərdoğan Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. O, dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib.

Məlumata görə, danışıqların yekunlarına əsasən, İranda baş vermis terror aktı və ölkədə elan olunmuş matəm səbəbindən Rəisinin yanvarın 4-də Ankaraya baş tutmalı olan rəsmi səfəri ləğv edilib.