Ərdoğan razılaşdı: Bu nazirlər vəzifədən gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinə yenidən baxılması üçün razılıq verib. 

Globalinfo.az xəbər verir ki, Ərdoğan inzibati mexanizmlərdə və hakim Ədalət və İnkişaf Partiyasında bəzi dəyişikliklər ola biləcəyini qeyd edib.

Medianın yaydığı məlumata görə, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Gökdaş, gənclik və idman naziri Osman Aşkın Bak və əmək və sosial təminat naziri Vedat İşıkhan vəzifələrindən çıxarıla bilərlər.

Bundan başqa, bir-birinin ardınca zorakılıq və cinsi təcavüz xəbərlərindən sonra ədliyyə naziri Yılmaz Tunç və daxili işlər naziri Əli Yerliqaya da tənqid hədəfinə çevriliblər.