Ərdoğan Qətərə səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Taninin dəvəti ilə paytaxt Dohaya gəlib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısını Həməd Beynəlxalq Hava Limanında Qətər baş nazirinin müavini və müdafiə naziri Halid bin Məhamməd Əl Atiyyə, Türkiyənin Dohadakı səfiri Mehmet Mustafa Göksu və digər şəxslər qarşılayıblar.

Bildirilir ki, Türkiyə Prezidenti Qətər Əmiri ilə təkbətək görüşdən sonra heyətlər arasında keçiriləcək görüşə qatılacaq.

Ərdoğan Əl Tani tərəfindən onun şərəfinə veriləcək rəsmi şam yeməyində də iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əs-Saniyə də “Togg” avtomobili hədiyyə edib.